ABŞ prezidenti Donald Tramp 2019-cu ildə Türkiyəyə səfər edəcək.
Shafaqadogru.com türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Nazirlər Kabineti toplantısından sonra açıqlama verib.
O, inkişaf edən Türkiyə-ABŞ münasibətləri haqqında da danışıb: "Hörmətli prezidentimiz Cənab Trampı Türkiyəyə dəvət edib. ABŞ prezidenti 2019-cu ildə Türkiyəyə səfər edəcək".