Şəfəqə Doğru » Gündəm » Səlim Müslümov və Süleyman Mikayılov sahibkarlara qan uddururmuş... - ŞOK FAKTLAR

Səlim Müslümov və Süleyman Mikayılov sahibkarlara qan uddururmuş... - ŞOK FAKTLAR

Səlim Müslümov və Süleyman Mikayılov sahibkarlara qan uddururmuş... - ŞOK FAKTLAR
Redaksiyamıza Qaradağ rayonundan şikayət məktubu daxil olub. DİA.AZ-a göndərilən müraciətdə deyilir:

"Sizə Qardağ rayonunda yerləşən karxana işi ilə məşğul olan onlarla sahibkar adından yazıram. Açığı bizim sizə müraciət etməkdən ayrı yolumuz qalmayıb. Ancaq məlum səbədən hələ ki, adlmızı açıqlaya bilmirik. Adımızı açıqlarsaq, onda bizim karxanalar bağlanacaq, ya da başqa birinə satacaqlar. Bunun üçün Süleyman Mikayılovun hər cür imkanları var. Lakin vəziyyətimiz elədir ki, dərdimizi ictimaiyyətin diqqətinə çatdırmaq məcburiyyətindəyik. Onsuz da bizim son nəfəsimizdir. 

Məsələ ondadır ki, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qardaşı Bağır Süleymanov bizim son tikəmizi belə ağzımızdan çıxarır. Neçə illərdir ki, Bağır Süleymanov icra başçısı olan qardaşının adından bizdən aylıq toplayırdı. Aylıq toplayanlar təkcə icra başçısının qardaşı deyil, həmçinin bir çox başqa idarələrdən gələn məmurlara da aylıq veririk. Sağ olsun yeni Əmək və Əhalinin Sosial Müdafiə Naziri... O gələndən sonra ƏƏSMN-nin adamları haqq almırlar. Amma Səlim Müslümovun vaxtında onlar da nəfəsimizi kəsirdilər. Hətta bəzi jurnalistlərə də ayıq verməyə məcburuq. Bu günə qədər hər şeyi birtəhər idarə etməyə çalışırdıq və işimizin yolunda getməsi naminə hamının könlünü xoş tutmağa çalışırdıq. Ancaq indi vəziyyət dəyişib". 

Daha sonra dia.az-a göndərilən müraciətdə deyilir: "Əvvəllər bizlərdən ancaq Süleyman Mikayılovun adlna aylıq toplamaqla məşğul olan Bağır Süleymanov bizim öz "uçastka"larımızı yenidən bizə satmağa qalxıb. Başçının qardaşı açıq şəkildə deyir ki, ya "uçastka"larımızı yenidın almalıyıq, ya da "uçastka"larımız əlimizdən alınıb başqalarına satacaq. Bunun üçün onların əlində qanuni əsaslar da var. Yəni bizim "uçastka"larımızı bağlamaq onlar üçün su içmək qədər asandır. İcra Hakimiyyətinin məmurları, ya da əməyin mühafizəsindən olan məmurlar ürəkləri istədikləri zaman "uçastka"larımızı bağlamaq imkanlarına sahibdirlər. Amma yəqin ki, yeni ƏƏSMN rəhbəri bu özbaşınalığa getməz. Amma Süleyman Mikayılovdan nə istəsən, gözləmək olar...

Bunu əsaslandlrmaq üçün onların heç bir problemi yoxdur. Lakin məsələ orasındadlr ki, bütün karyerdə eyni qayda on illərdir hökm sürür. Hər kəs aylığını verib işini görür. Və bu aylığa görə bir çox iş qüsurlarına məmurlar göz yumurlar. Yəni faktiki olaraq onlar da dolanır, biz də dolanırıq. İndi isə Bağır Süleymanov bizim öz "uçastkalarımızı" bizə satmağa qalxlb. Məsələ orasındadır ki, buz bu "uçastka"ları hamımız pulla almışıq. Yəni zamanında birə 10 qiymətə aldığımız əraziləri indi yenidən bizə satmaq istəyirlər. Həm eə bu dəfə qiymıti iki dəfə daha artırıblar. Bağır Süleymanov öz qardaşı adından artıq bizə ultimatum və vaxt verib. Əgər tələb olunan məbləğlər aprelin 20-nə qədər verilməsə, buzim "uçastka"larımız bağlanacaq, sonra da başqasına satacaqlar. 

Hörmətli DİA.AZ. Sizdən xahiş edirik ki, bizim səsimizi ölkə prezidenti möhtərəm İlham Əliyevə, və birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya çatdlrasınız. Biz inanırıq ki, Süleyman və Bağır Mikayılovları ancaq ölkə rəhbıəliyimiz durdura bilər. Bizim səsimizi isə onlara ancaq media çatdıra bilər. Başqa yollara baş vurmaq istərdik, amma şikatətlərimizin yenidən Süleyman Mikayılovun üstünə qayıdacağını bilirik. Əvvəlcədən sizə öz minnətdarlığımızı bildirirk".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...