Ədalət və İnkişaf Partiyası ( AKP) seçicilərinin bütün yas və toy mərasimlərində iştirak etmək qərarı alıb.
Shafaqadogru.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, seçkiyə sayılı günlər qala bütün siyasi partiyalar fəaliyyətllərini gücləndirməkdədir. AKP deputatlığa namizədlərinin hər birinə seçicilərin toy və yas mərasimlərində iştirak etmə tapşırığını verib.
AKP-nin hazırladığı yeni kitabçada qeyd olunur ki, seçkidə qalib gəlməyin açarı seçiciylə doğru əlaqələrin qurulmasıdır. Səmimi, qarşılıqsız və üz-üzə bir- birini başa düşməkdir. Hamını başa düşmək, hər təbəqəni dinləmək,gülərüzlü olmaq lazımdır. Bütün toy və yas mərasimlərində iştirak etmək, təbrik mesajları göndərmək vacibdir.
AKP-nin bu qərarı insanlar arasında çox maraqla qarşılanıb