Şəfəqə Doğru » Gündəm » İncəyə zəng edən amerikalılar kimlərdir?

İncəyə zəng edən amerikalılar kimlərdir?

İncəyə zəng edən amerikalılar kimlərdir?
Mənə amerikalılar zəng etdi. Ancaq onların kim olduğunu deyə bilmərəm.
Shafaqadogru.com  axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin CHP-dən prezidentliyə namizədi Məhərrəm İncə Star TV-də bildirib.
Aparıcı ona zəng edən amerikalılar barədə soruşarkən bu sözləri qeyd edib: "Mənə zəng edən amerikalı seçkilərdə qalib gələcəyim təqdirdə, adının açıqlanmasına razı olub. Mənə dedi ki, sənin seçkilərdə qalib gələcəyinə inanıram, qalib gəlsən, adımı açıqla".
Qeyd edək ki, bir müddət öncə də İncə FETÖ lideri ilə bağlı amerikalıların ona zəng etdiyini bildirmişdi.