Şəfəqə Doğru » Gündəm » Gürcülər yenidən ayağa qalxdı: 3 nəfər saxlanıldı

Gürcülər yenidən ayağa qalxdı: 3 nəfər saxlanıldı

Gürcülər yenidən ayağa qalxdı: 3 nəfər saxlanıldı
Gürcüstanın paytaxtı Tiflisdə bir sıra müxalif partiyaların iştirakı ilə parlament binasının qarşısında etiraz aksiyası başlayıb.
Shafaqadogru.com  axar.az-a istinadən xəbər verir ki, aksiyaya bölgələrdən də insanların gəldiyi deyilir.
Məlumata görə, aksiyaçılar "Ədalətin bərpası”, "Öldürmə!” şüarları səsləndirir.
Qeyd edək ki, ötən il öldürülən yeniyetmə David Saralidzenin atası Zaza Saralidze oğlunun ölümü ilə bağlı başladılan təkrar istintaqa görə hökumətə 10 iyun tarixinə qədər vaxt vermişdi.
***
Mitinqdə çıxış edən Zaza Saralidze Daxili İşlər naziri Giorgi Qaxariya və Ədliyyə naziri Tea Tsulukianini istefa verməyə çağırıb.
O, həmçinin Gürcü Arzusu Partiyasını da mitinqlərə qoşulmağa dəvət edib.
***
Aksiyada 3 nəfərin saxlanıldığı bildirilib.
Saxlanılanların kimliyi bəlli olmasa da, onlarının birinin Zaza Saralidzenin yaxın adamı olduğu deyilir.