Şəfəqə Doğru » Gündəm » Azərbaycanda PJAK-la atışma: 16 ölü

Azərbaycanda PJAK-la atışma: 16 ölü

Azərbaycanda PJAK-la atışma: 16 ölü
İranın Qərbi Azərbaycan vilayətinin Uşnəviyə mahalında və yaxınlıqdakı ərazilərdə PKK-nın İran qanadı PJAK-a qarşı əməliyyat keçirilib.
Shafaqadogru.com  axar.az-a istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışmalar zamanı 16 PJAK-çı məhv edilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu bölgədə terrorçulara qarşı əməliyyatların davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl PJAK-la qarşıdurma zamanı iki azərbaycanlı sərhədçi – Yusif Piranə və Məhbub Qurbani həlak olmuşdu.