Lider televiziyasının Xəbərlər Departamentinin redaksiya rəhbəri Elnur Niftəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) yeni mətbuat
katibi təyin olunub.
"Eurasia Diary"yə istinadən yayılan xəbərdə deyilir ki, Elnur Niftəliyev məlumatı təsdiqləyib.
Qeyd edək ki, qurumun bundan əvvəlki mətbuat katibi Anar Hüseynov olub.
Xatırladaq ki, Elnur Niftəliyev 1983-cü ildə Bakı şəhərində anadan
olub, azərbaycanlıdır. 2004-cü ildə Elm Təhsil Mərkəzi "Təfəkkür”
Universitetinin jurnalistika fakültəsinin bakalavr, 2006- cı ildə isə
Bakı Dövlət Universitenin jurnalistika fakültəsinin magistr təhsil
pillələrini fərqlənmə diplomları ilə bitirib. 2006-2009-cu illərdə
BDU-nun Jurnalistika fakültəsinin əyani aspirantı olub. 2000-cil ildən
etibarən müxtəlif mətbu orqanlarda və televiziya kanallarında jurnalist
kimi fəaliyyət göstərib. 2004-2006-cı illərdə «Azad Azərbaycan»
Teleradio şirkətində "Son Xəbər” proqramında müxbir vəzifəsində çalışıb.
2006-cı ildən «Lider» TV və Radio Azərbaycan Məhdud Məsuliyyətli
Cəmiyyətində müxbir, aparıcı, prodüser vəzifələrində çalışıb. 2013-cü
ildən həmən televiziyada Xəbərlər Departamentində redaksiya rəhbəri
vəzifəsində çalışıb. Ümummilli lider Heydər Əlievin 90 illik yubileyi
ilə baglı çəkilişləri dünyanın 10-a yaxın ölkəsində aparılmış
"Ümumbəşər”, ulu öndər Heydər Əliyevin həyatındakı Klivlend səhifəsindən
bəhs edən "Unudulmaz", İlk Avropa Oyunlarına həsr edilmiş "Olimpə
doğru” filmlərinin və yüzlərlə telereportajın müəllifidir. Müəllifi
olduğu "Unudulmaz” adlı sənədli ekran əsərinin Azərbaycanla yanaşı, ABŞ,
Türkiyə, Özbəkistanda dövlət səviyyəsində təqdimat mərasimləri
keçirilib. "Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü və inkişafı
(1900-1920-ci illər)” adlı kitabın müəllifidir. Kitabın Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik tədbirləri çərçivəsində öncə Bakı Dövlət
Universitetində, sonra Ankarada Azərbaycan və Türkiyə rəsmilərinin
iştirakı ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – Türksoyun baş
ofisində təqdimat mərasimləri gerçəkləşib. Filologiya üzrə fəlsəfə
doktorudur. Ailəlidir, üç övladı var.
Elnur Niftəliyev 2006, 2007, 2008-ci illərdə Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin ekologiya sahəsində «Ən yaxşı telereportaj»
müsabiqəsinin qalibi olub, 2010-cu ildə Kütləvi Informasiya
Vasitələrinin İnkişafina Dövlət Dəstəyi Şurasının keçirdiyi müsabiqədə
1-ci yerə layiq görülüb. 2009-cu ildə Qeyri Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının «İlin ən məhsuldar jurnalisti» mükafatını alıb,
Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin
təşkil etdiyi müsabiqədə «2008-2009-cu illərdə tədris uğurlarına, aktiv
ictimai fəaliyyətinə və vətəndaşlıq mövqeyinə» görə fəxri fərmanla
təltif olunub. Bundan başqa onlarla diplom və fəxri fərmana layiq
görülüb. Məşhur jurnalistdə "ASAN Xidmət"də vəzifə verildi
Lider televiziyasının Xəbərlər Departamentinin redaksiya rəhbəri
Elnur Niftəliyev Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə
(ASAN xidmət) yeni mətbuat katibi təyin olunub.
Qaynarinfo "Eurasia Diary"yə istinadən xəbər verir ki, Elnur Niftəliyev məlumatı təsdiqləyib.

görülüb.