2018-ci il iyul ayının 3-də, saat 20.30 radələrində Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım
Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan
atəş açılıb. İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur.
Yenicag.az Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova atəş açan şəxsin fotosunu əldə edib.
Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi
VƏ Dövlət Təhlükəsizliyi Xidməti Gəncə şəhər icra başçısına sui-qəsdlə
bağlı birgə məlumatda Elmar Vəliyevin və Qasım Aşbazovun səhhətinin
qənaətbəxş olduğunu bildirib.