Şəfəqə Doğru » Gündəm » Azərbaycandakı işğalçı erməni ordusunda Rusiya vətəndaşları da xidmət edir... - VİDEO

Azərbaycandakı işğalçı erməni ordusunda Rusiya vətəndaşları da xidmət edir... - VİDEO

Azərbaycandakı işğalçı erməni ordusunda Rusiya vətəndaşları da xidmət edir... - VİDEO
Rusiya vətəndaşı olan David Mkrtçyan Azərbaycanın işğal altındakı torpaqlarına nəzarət edən Ermənistan hərbi birləşmələrinin tərkibində qulluq edir. 

Moderator.az yazır ki, bu haqda işğalçı Ermənistanın nəşrlərindən biri məlumat yayıb. Xidmət yoldaşlarının "Rus” ləqəbi ilə çağırdıqları David Mkrtçyan işğal altındakı torpaqlarımızın şərq istiqamətindəki təmas xəttində xidmət keçir. Uzun illər öncə Davidin ailəsi Rusiya Federasiyasına köçüb və RF vətəndaşlığını qəbul ediblər. 
Xəbərdə deyilir ki, David erməni ordusunda xidmət etməyə də bilərdi. Ancaq 18 yaşı tamam olanda o, Ermənistana gələrək hərbi komissarlığa ərizə verib və könüllü şəkildə Qarabağda hərbi xidmətə yollanıb. İlk vaxtlar "Rus” ermənicə danışa bilməyib. Lakin sonradan yoldaşları onu öyrədib. İndi David artıq Qarabağ dialektində də bir az danışa bilir.

Bir neçə aydan sonra David erməni ordusundan təxris olunaraq Moskvaya, ailəsinin yanına dönəcək. "Mən gəlmişəm ki, öz borcumu verib qayıdım”-deyə Rusiyadan gələrək Qarabağda xidmət edən erməni deyir.

P.S. Görəsən, Rusiyanın Azərbaycandakı səfiri ölkəsinin vətəndaşının Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan ordusunun tərkibində xidmət etməsinə necə izahat verəcək?..