Şəfəqə Doğru » Manşet » Qazaxda vətəndaşları kimlər çaşdırır?

Qazaxda vətəndaşları kimlər çaşdırır?

Qazaxda vətəndaşları kimlər çaşdırır?
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayona başçılıq etdiyi günlər artıqca Qazax günbəgün gözəlləşir, insanların maddi rifah halı yaxşılaşır, artıq hamı şən əhval ruhiyyə ilə üzərinə düşən vəzifə borclarını şərəflə yerinə yetirməyə çalışırlar. Xüsusilə də rayonda aparılan abadlıq-quruculuq işləri sakinlərin sevincinə səbəb olub. Gələcək nəslə verilən qiymət rayonda olan bütün uşaq baxçalarının yenidən əsaslı, ən müasir üslubda təmir-tikintisi ilə ölçülür. Rayonda boş iş yerlərinin açılması, hər bir vətəndaşa maddi və mənəvi dayaq göstərilməsi görünmməmiş hadisə kimi qiymətləndirilir. Yəni, Babaşovun hazırda gecəsi və gündüzü bilinmir. Hər an, hər dəqiqə Qazaxın bütün sahələrində olur, sakinlərlə görüşür, onları maraqlandıran problemlərə yaşayır. Hər hansı qaldırılan problem yerindəcə həll edilir. Qarabağ və şəhid ailələrinə, məcburi qaçqın və köçkünlərə ayrılan bu qədər diqqət və qayğı heç bir rayonda yoxdur.Hər gün qəbul saatalrı keçirilir. Kimin nə arzu tələbi vardırsa bacarılan qədər həll edilir. 


Təəssüflər olsun ki, hər yerdə olduğu kimi Qazaxda da "antipotlar” vardır. Görülən işə ləkə yaxmaq, yuxarı orqanlara "danons” yazmaq və vətəndaşlar arasında qeybət etməyi peşə seçənlər də az deyil. 

Atalar yaxşı deyib: 

"Təmiz vicdan ləkə götürməz”. 

Həqiqətən də bu belədir. Həmin üzdəniraq bu gecə yazrları təbii ki, müxalif qüvvəli insanlardı. Danışdıranda görürsən ki, həmin şəxslər millət üçün deyil, özləri üçün mənfəət əldə etmək niyyətindədirlər. Bu da qəbuledilməzdir. Çünkü bu ölkədə hər şey qanun çərçivəsində həll edilir. 

Onu da haqlı olaraq deməliyik ki, Rəcəb Babaşov kimi bir insana, şəxsiyyətə "qara yaxmaq” ən azından vicdansızlıq, ar-namusunu atmaqdır. Babaşov sağlığında qiymətini alan şəxsiyyətdir.

Qazaxın 90 faizi bu fikirdədir