Xalq artisti İlhamə Quliyevanın ölümü ilə onunla münasibəti pis olan insanlar yavaş-yavaş üzə çıxmağa başlayıb.Bu düşmənlərin sayı bitib-tükənmək bilməsə də, onların arasında deyəsən Quliyevadan daha çox şikayətçi olan aparıcı Sərxan Kərəmoğludur. Vaxtı ilə yaxın dost olan bu ikili, daha sonra münasibətlərinin soyuması ilə düşmənə çevrildilər.
Quliyeva vəfat etdikdən sonra Sərxan onun 40 mərasiminə getsə də, hələdə məzarını ziyarət etməyib. Xalq artistinin vəfatından sonra Kərəmoğlu bir çox müsahibələri ilə qalmaqal yaratsa da, görünür onun xalq artistinə qəzəbi hələ də soyumayıb. Aparıcı Quliyevanın evini ziyarət edərək ordan şəkil paylaşıb, fikirlərini bölüşüb:
"İlhamə xanım gecə yuxularıma tez-tez gəlirsən və "məni niyə heç yad etmirsən? " Deyə soruşursan. 40 mərasiminə getdim amma hələ də məzarına gəlməyə özümü məcbur edə bilmirəm. Yəqin görürsən, bax bu da sənin 73 ildən sonra qurub, qoşduğun ev. Kimsəsiz və tənha. Evə getdim düşündüm ki, bu evdə sənin doğmaların oturub hər həftə cümə axşamları adına yemək hazırlayıb, Quran oxutdururlar. Amma bu evin qapısı belə mübarək ayda belə açılmır? Niyə? Çünki sən, sənə əziz olan bütün insanları və dostları özünə düşmən bilirdin. Çoxları elə bilər bu yaşla bağlıdır, amma belə deyil.Sənin gəncliyin də fərqli olmayıb. Ən azı 20 il dostluq etdik, kaş etməzdik. Bu mübarək ayda bütün böyüklərə sözüm var. Allah sizi saxlasın,əksik olmayın. Doğmaların yerini heç kim və heç nə verməz. Allah sizə rəhmət eləsin. Heç olmasa o haqq dünyasında, ordakılarla dost olun. Sənin baltanın da yeri görsənir xəbərin olsun”.