Şəfəqə Doğru » Gündəm » Tovuzda 2 nəfər minaya düşüb - Durumları ağırdır... Tarix: Bu gün, 12:16 | Çap et Tovuzda 2 nəfər minaya düşüb

Tovuzda 2 nəfər minaya düşüb - Durumları ağırdır... Tarix: Bu gün, 12:16 | Çap et Tovuzda 2 nəfər minaya düşüb

Tovuzda 2 nəfər minaya düşüb - Durumları ağırdır... Tarix: Bu gün, 12:16 | Çap et Tovuzda 2 nəfər minaya düşüb
Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Azərbaycan-Ermənistan cəbhə xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, həmin ərazidə müvafiq nişanlar quraşdırılıb və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.