Şəfəqə Doğru » Gündəm » Braziliyada prezidentliyə namizədi mitinqdə bıçaqlayıblar - VİDEO

Braziliyada prezidentliyə namizədi mitinqdə bıçaqlayıblar - VİDEO

Braziliyada prezidentliyə namizədi mitinqdə bıçaqlayıblar - VİDEO

Keçirilən sorğuların nəticələrinə əsasən, Braziliyada prezidentliyə əsas namizəd hesab edilən Sosial Liberal Partiyasının nümayəndəsi Jair Bolsonaru ciddi bıçaq yarası alıb.

Shafaqadogru.com  "İnterfaks"a istinadən xəbər verir ki, hücum dünən Braziliyanın Juis de Fora şəhərində onun mitinqdə çıxışı zamanı baş verib.

J.Bolsonaru şok vəziyyətində və qarın nahiyyəsinin içərisinə nüfuz edən bıçaq yarasının səbəb olduğu ağır qanaxma ilə xəstəxanaya gətirilib.

Həkimlər əməliyyatdan sonra yaralının azı 10 gün xəstəxanada qalmalı olacağını qeyd edirlər. Onların fikrincə, prezidentliyə namizədin həyati təhlükəsi yoxdur.