Şəfəqə Doğru » Manşet » Evinə hücum edildi: Saakaşvili intihara hazırlaşır – Video

Evinə hücum edildi: Saakaşvili intihara hazırlaşır – Video

Evinə hücum edildi: Saakaşvili intihara hazırlaşır – Video

Mixail Saakaşvilinin evinə naməlum şəxslər hücum edib.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Baş prokurorunun keçmiş müavini David Sakvarelidze paylaşıb. Onun sözlərinə görə, hazırda bu şəxslər Saakaşvilinin evinin qapısını sındırmağa çalışırlar. Sakvarelidze həmçinin eks-prezidentin tərəfdarlarını Saakaşvilinin evinin qarşısına toplanmağa çağırıb.

Ukrayna mətbuatına açıqlamasında isə Sakvarelidze Saakaşvilinin hazırda yaşadığı binanın damında olduğunu bildirib. Eks-müavin həmçinin hazırda onun evində axtarış aparıldığını vurğulayıb.

***

Hazırda Saakaşvili evin damında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıq aparır. Siyasətçi bildirib ki, ona toxunacaqları təqdirdə özünü damdan atacaq.