Gürcüstanda Qırmızı körpü avtomagistralında ağır yol qəzası olub.
Shafaqadogru.com report-a istinadən xəbər verir ki, yolun Rustavi şəhərindən keçən hissəsində şəxsi marşrut taksisi və "Lada" markalı minik maşını toqquşub. Nəticədə 9 azərbaycanlı xəsarət alıb.
Xəsarət alanların qohumlari bildiriblər ki, marşrut taksisində olan 8 azərbaycanlı Lecbəddin kəndindən Tbilisiyə yas mərasiminə gedirmişlər.
Xəsarət alanlar Rustavi Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəzada xəsarət alan azərbaycanlılardan 8-i Gürcüstan, biri Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının bud-çanaq hissəsindən ağır travma aldığı bildirilir.
Qırmızı körpüdə AĞIR QƏZA: Yas mərasiminə gedən 8 azərbaycanlı... Dünən,
7-09-2018, 15:43 1 146