Azərbaycanlı iş adamı Rza Zərrabı həbs etdirən Baş prokuror Prit Bharara istintaq işinə yeni bir ittiham əlavə edib.
Shafaqadogru.com xəbər verir ki, prokuror Zərrabı terrora dəstək vermək məqsədi ilə dələduzluqda ittiham edib.
Zərrabın məhkəməsinin noyabrın 27-si baş tutacağı bildirilib.
Qeyd edək ki, Rza Zərrab İran azərbaycanlısıdır. O, ötən ilin martında ABŞ-da həbs edilib. Zərrab bank fırıldaqçılığı, çirkli pulların yuyulması, ABŞ-ın İrana qarşı embarqosunu pozmaqda günahlandırılır.