Şəfəqə Doğru » Gündəm » "Sınıq Körpü"də Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir

"Sınıq Körpü"də Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir

"Sınıq Körpü"də Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir

"Sınıq Körpü" Gömrük Keçid Məntəqəsində sıxlığı azaltmaq üçün Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir. Bu ayın sonunda həmin mərkəz istifadəyə veriləcək.

Shafaqadogru.com xəbər verir ki, bunu "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, son aylar ərzində 250-yə yaxın kadr yeni işə cəlb edilib:

"Son aylar aparılan işlər nəticəsində 6155 qanun pozuntusu aşkar edilib. Onlardan 458-i cinayət xarakterli olub ki, bunun da ümumi dəyəri 6 135 min manat olub".

DGK sədri bildirib ki, son 8 ayda xarici ticarət fəaliyyəti iştirakçılarına 2 mln. 50 min elektron xidmət göstərilib. Bu isə həmin sahədə ilk yer deməkdir".