Şəfəqə Doğru » Gündəm » Bakı metrosunda Avropada görməyə öyrəşdiyimiz mənzərə - FOTO

Bakı metrosunda Avropada görməyə öyrəşdiyimiz mənzərə - FOTO

Bakı metrosunda Avropada görməyə öyrəşdiyimiz mənzərə - FOTO
Milli Məclisinin deputatı Naqif Həmzəyev Bakıda metro vaqonunda fotokameralara tuş gəlib. Fotoda deputatın ayaqüstə dayanaraq telefonu ilə məşğul olduğu əks olunub.

Naqif Həmzəyev Modern.az-a açıqlamasında deyib ki, uzun illərdir ki, ictimai nəqliyyatdan istifadə edir.

"Qatarda şəklimin çəkilməsinə nə deyə bilərəm ki!.. Bu adi haldır. Foto "Elmlər Akademiyası” stansiyasında qatarda gedərkən çəkilib. Neçə ildir ki, ictimai nəqliyyatdan istifadə edirəm. Gəncədə də işə çox vaxt piyada gedirəm. Burada qeyir-adi heç nə yoxdur.”

Qeyd edək ki, deputatın vaqonda çəkilən fotosu sosial şəbəkədə yayılıb.