Şəfəqə Doğru » Gündəm » “Atena” şirkətinin məhsulundan parazit çıxdı – Fotofakt

“Atena” şirkətinin məhsulundan parazit çıxdı – Fotofakt

“Atena” şirkətinin məhsulundan parazit çıxdı – Fotofakt
Bakıda fəaliyyət göstərən məşhur şirkətin məhsulundan parazitlər çıxıb.
Minval.info xəbər verir ki, paytaxt sakini Murad Abdullayev bu barədə məlumat verib. O bildirib ki, nahar vaxtı "Atena” firmasına məxsus ayran alıb. Amma ayranı içdikdən sonra gördükləri onu təəccübləndirib:
"İçdikdən sonra sürprizlə qarşılaşdım. Gördüm ki, dibində parazitlər var”.
M.Abdullayev insanlardan bu firmanın məhsullarını almamağı xahiş edib: "Çalışın məlumatı yayın, bu biabırçılıqdan hamının xəbəri olsun”.
Şirkətin rəsmi saytında göstərilən teefon nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.