Şəfəqə Doğru » Gündəm » Kadırov Paşinyan və Makronu rəqs festivalına dəvət etdi

Kadırov Paşinyan və Makronu rəqs festivalına dəvət etdi

Kadırov Paşinyan və Makronu rəqs festivalına dəvət etdi

Çeçenistan Respublikasının lideri Ramzan Kadırov Fransanın prezidenti Emanuel Makronu və Ermənistanın baş naziri Nikol Paşinyanı rəqs festivalına dəvət edib.

Shafaqadogru.com  "İnterfaks"a istinadən xəbər verir ki, Kadırov bu barədə "Telegram" hesabında yazıb. O, İrəvanda Frankofoniya Beynəlxalq təşkilatının 17-ci sammiti zamanı Paşinyan və Makronun rəqsinə baxdıqdan sonra onları dəvət etmək qərarına gəlib.

"Bu fikrə gəldim ki, Paşinyan-Makron rəqsi Qafqaz xalqlarına faydalı ola biləcək rəqs marafonunun başlanğıcı ola bilər. Düşünürəm ki, təşəbbüsü tanınmış siyasətçilər, ictimai xadimlər də dəstəkləyər”, - deyə Kadırov bildirib.

Qeyd edək ki, ötən gündən etibarən Qroznıda Mahmud Esambaev adına beynəlxalq rəqs festival-müsabiqəsi açılıb.

Gülnar Qafarlı