Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı Sərhəd İdarəsinin əməkdaşları Gümrü rayonu ərazisində Türkiyə - Ermənistan sərhədini pozan şəxsi saxlayıblar.
Shafaqadogru.com xəbər verir ki, oktyabrın 15-də sərhəd pozucusu ərazini müşahidə etdikdən sonra Ermənistan tərəfə keçməyə çalışıb. Lakin bu vaxt rus sərhədçilər onu mühasirəyə alaraq tutublar.
Saxlanılan şəxsin Türkiyə vətəndaşı, milliyətcə kürd olduğu məlum olub. Qeyd olunub ki, sərhəd pozucusu Türkiyədə ağır cinayət törədib və həbs olunmamaq üçün sərhədi keçmək istəyib.