Şəfəqə Doğru » Manşet » Erməni deputatdan İNANILMAZ SÖZLƏR: Ermənistandakı biabırçılıqlar üzə çıxdı

Erməni deputatdan İNANILMAZ SÖZLƏR: Ermənistandakı biabırçılıqlar üzə çıxdı

Erməni deputatdan İNANILMAZ SÖZLƏR: Ermənistandakı biabırçılıqlar üzə çıxdı

"Ermənistanda demoqrafiya və iqtisadiyyatla bağlı cari vəziyyətin birinci səbəbi Dağlıq Qarabağ münaqişəsidir”.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı, "Sarukyan” blokunun üzvü Naira Zöhrabyan deyib.

Onun sözlərinə görə, Ermənistanın depopulyasiyası (əhalinin ölkəni tərk etməsi - red.) aşkar faktdır: "Bizim "Çiçəklənən Ermənistan” partiyası dəfələrlə ölkədə iqtisadi problemləri, işsizliyin artmasını və yoxsulluğu gündəmə gətirib. İndi iş qabiliyyəti olan gənc insanlar Ermənistanı tərk edir, çünki onlar burada iş tapa bilmirlər. Rəsmi statistikaya görə, 30 faiz insan yoxsuldur, hərçənd, bura işləyən, lakin aldığı maaşla yaşaya bilməyən təbəqə daxil edilmir. Bunu nəzərə alsaq, faiz dərəcəsi daha da böyüyəcək. Digər tərəfdən, maaşların azlığına, yüksək işsizliyə və alıcılıq qabiliyyətinin son dərəcədə aşağı olmasına baxmayaraq, qiymətlər durmadan artır və vətəndaşlar sadəcə olaraq heç nə ala bilmirlər. Benzinin qiymətinin artmasından sonra qiymətlər yenidən artdı. Hökumət səbəb kimi Rusiyanı göstərir, halbuki, orada benzinin qiyməti 10 faiz, Ermənistanda isə 40-50 faiz artıb. Bu qəbuledilməzdir. Beynəlxalq səviyyədə ərzağın qiyməti aşağı düşür, Ermənistanda isə artır. Bütün bunlar təbii olaraq miqrasiyaya təsir edir və insanlar öz ölkəsini tərk edir”.


N.Zöhrabyan qeyd edib ki, hazırda Ermənistanı tərk etmək istəyənlərin Avropa İttifaqı ölkələrinin səfrliklərinə etdikləri müraciətlərin tempi insanı dəhşətə salır: "Ermənistanda iqtisadiyyat inhisara alınıb. Hökumətin dediyi 6 faiz iqtisadi artım sadəcə kağız üzərindədir. Faktiki olaraq, artım sıfıra bərabərdir”.

Erməni deputat əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi də insanların Ermənistanı tərk etməsində başlıca səbəbdir.

"Münaqişənin davam etməsi miqrasiyaya böyük təsir göstərir. Bu, bizim üçün çox ağrılı məsələdir, xüsusilə cəbhəyə kimlərin getməsində bərabərsizliyin olması böyük problemdir. Əgər Ermənistanın adi vətəndaşı əmin olsaydı ki, onun oğlu ilə birlikdə deputatın, yaxud nazirin oğlu da ön cəbhədədir, bunu qəbul edərdi. Lakin bunun tam əksinədir. Buna görə də insanlar oğulları böyüyən kimi ölkədən göndərirlər”, - deyə o bildirib.

Asif