"Keçmiş prezident Abdullah Gülün Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi olması mümkün deyil”.
Shafaqadogru.com xəbər verir ki, bunu CHP sədrinin müavini Özgür Özəl deyib.
Gülün 2023-cü ildə keçirilən prezident seçkilərində CHP-nin namizədi olub-olmayacağı haqda suala o, belə cavab verib:
"Abdullah Gülün CHP-nin prezidentliyə namizədi olması mümkün deyil. Namizədin kimliyinə CHP-nin Ali Məclisi qərar verəcək. CHP-nin namizədi partiyamızın üzvləri və tərəfdarlarını məmnun etməyən kimsə olmayacaq”.