Şəfəqə Doğru » Gündəm » Gürcüstan tarixində ilk qadın prezident? - “Onun qələbəsinə əminəm” - Azərbaycanlı deputat

Gürcüstan tarixində ilk qadın prezident? - “Onun qələbəsinə əminəm” - Azərbaycanlı deputat

Gürcüstan tarixində ilk qadın prezident? - “Onun qələbəsinə əminəm” - Azərbaycanlı deputat

Oktyabrın 28-də Gürcüstan Respublikasında prezident seçkiləri keçiriləcək. Seçkilərdə 25 namizəd mübarizə aparır. Namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Azərbaycanlılar daha çox müstəqil namizəd Salome Zurabişviliyə rəğbət bəsləyirlər.

Shafaqadogru.com  xəbər verir ki, Gürcüstan parlamentində "Gürcü Arzusu” fraksiyasının üzvü,  azərbaycanlı deputatı Ruslan Hacıyev mətbuata açıqlamasında bildirib ki, müstəqil namizəd xanım Salome Zurabişvili seçkilərdə qələbə çalacaq: 

"Mən Salome xanımın seçkilərdə qələbəsinə əminəm. Görünən odur ki, Gürcüstandakı fəal elektoratın çox hissəsi müstəqil namizəd xanım Salome Zurabişviliyə rəğbət bəsləyir. Həmçinin iqtidar partiyası olan "Gürcü Arzusu” da Salome xanımı dəstəkləyir. Bu mövqe partiyanın lideri Bidzina İvanişvilinin rəsmi açıqlamasında sonra daha da möhkəmlənib. Gürcüstan demokratik bir ölkədir, burada seçkilərin taleyini xalqın iradəsi həll edir. Xanım Salome Zurabişvili 28 oktyabrda Gürcüstanın prezidenti seçiləçək və ölkənin ən yeni tarixində ilk qadın dövlət başçısı olacaq”.

Aydın