Şəfəqə Doğru » Gündəm » 2 saylı Ekalogiyya və Təbii Sərvətlər İdarəsi yerini niyə dəyişdi ?

2 saylı Ekalogiyya və Təbii Sərvətlər İdarəsi yerini niyə dəyişdi ?

2 saylı  Ekalogiyya və Təbii Sərvətlər İdarəsi yerini niyə dəyişdi ?


   Sözü gedən idarə illərdir Qazaxda yerləşir. Hər bir şəraitə malik və yüksək səviyyədə standartlara cavab verən idarə binası mövcuddur.Amma bu idarənin bəxti gətirmir ki, gətirmir. Bu regiondan həmin  idarəyə kimi müdür təyin edirlərsə, idarəni köçürüb  özlərinə yaxın bir  yerdə bina kirayələyir.Məsələn bir neçə il bundan öncə vergilər naziri Fazil Məmmədovun qardaşını bu idarəyə müdür təyin etdilər.O adı çəkilən idarəni ,köçürüb Şəmkir rayon Dəllərcəyir kəndinə apardı. İşçilərin nazirliyə şikayətindən sonra idarə  nazirliyin  balansında olan,  yəni ,Qazaxdakı  öz  halal binasına qaytarıldı .Bu günlərdə isə, 2 saylı Təbii Sərvətlər idarəsinə rəis təyin olunan Afiyət Mikayılov,həmin başı bəlalı idarəni Tovuza öz qaynatası evinin yanına yaxın olan,yəni ,Düz Cırdaxanlı kəndində ayı  500 yüz ABŞ dolları olmaqala,  ofis kirayiələyərək  oraya köçürümüşdür.Adama deyərlər ki,ay cənab Mikayılov nazirliyin balansında olan ,hazır binadan,altında dövlətin xidməti aftomabili ola-ola , hansı maraqla bu idarəni  Qazax rayonundan işçiləri ilə birlikdə köçürdüb, o kəndə aparırsan ?  Sən tək canınla idarəyə gəlib- getməkdənsə, dövlətin bu qədər pulunu niyə havaya sovurursan ?

  Düşünürük ki,Ekalogiya və Təbii Sərvətlər nazirimiz Muxdar Babayev  bu xəbəri oxuduqdan sonra bu məsələyə öz münasibətini  bildirəcək .

 Qarşı tərfində fikrini  dinləyib dərc etməyə hazırıq.

                                                                                                        Vəkil Rüsdəm.