Şəfəqə Doğru » Gündəm » Sərkisyanla Karapetyanın seçki qərarı açıqlandı

Sərkisyanla Karapetyanın seçki qərarı açıqlandı

Sərkisyanla Karapetyanın seçki qərarı açıqlandı

Keçmiş prezident Serj Sərkisyan və keçmiş baş nazir Karen Karapetyan Respublikaçılar Partiyasının seçki siyahısında yoxdur.

Shafaqadogru.com xəbər verir ki, bu barədə RP Şurasının iclasından sonra mediaya açıqlama verən keçmiş müdafiə naziri Vigen Sərkisyan deyib.

V.Sərkisyan bir neçə saat davam edən iclasdan sonra verdiyi bəyanatda bildirib ki, Serj Sərkisyan və Karapetyan seçki yarışında iştirak etməyəcək:

"Partiyanın seçki siyahısı artıq hazırdır, ancaq 14 martda açıqlanacaq. Siyahıya mən rəhbərlik edirəm”.

"Siyahını niyə elan etmirsiniz” sualına isə V.Sərkisyan belə cavab verib:

"Ad günü olan gərək vaxtından əvvəl sevinməsin”.

Qeyd edək ki, Ermənistanda növbədənkənar seçki 9 dekabrda keçiriləcək. Seçki təbliğatına isə cəmi bir neçə gün – 26 noyabrdan 7 dekabra qədər vaxt ayrılıb.