Şəfəqə Doğru » Gündəm » Neftçalada keçmiş polis müstəntiqi qətlə yetirildi

Neftçalada keçmiş polis müstəntiqi qətlə yetirildi

Neftçalada keçmiş polis müstəntiqi qətlə yetirildi

Ötən gün Neftçala rayonunda qətl hadisəsi baş verib

Shafaqadogru.com Virtualaz.org-a istinadən xəbər verir ki, Neftçala şəhər sakini, 1956-cı ildə anadan olan Vaqif Kəlbiyev bıçaqlanaraq qətlə yetirilib.

Vaqif Kəlbiyev sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.

Qətlin namus üstündə, mərhumun həyətindəki hüquq yardımı ofisində bacanağı İbrahim İbrahimov tərəfindən törədildiyi deyilir.
 
Qətli törətməkdə şübhəli bilinən şəxs  saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.