Şəfəqə Doğru » Gündəm » Bakı merinin qardaşına yüksək VƏZİFƏ VERİLDİ - ƏMR

Bakı merinin qardaşına yüksək VƏZİFƏ VERİLDİ - ƏMR

Bakı merinin qardaşına yüksək VƏZİFƏ VERİLDİ - ƏMR
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun vəzifəsini yüksəldib.

Unikal.org-a daxil olan məlumata görə, Sahil Babayevin müvafiq əmri ilə, Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə baş müdiri təyin edilib. 

Xəbəri Unikal.org-a Aydın Əzizov təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl A.Əzizov Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.