Şəfəqə Doğru » Maraq » Şəhriyar qələbə qazandı-Şahmat

Şəhriyar qələbə qazandı-Şahmat

Şəhriyar qələbə  qazandı-Şahmat

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün XIII turun görüşləri keçirilir.

 

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla qarşılaşıb. "Şah” ağ fiqurlarla oynayıb. Partiya təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Gərgin keçən oyunda rusiyalı 39-cu gedişdə təslim olub.

 

Bu partiyadakı qələbə ilə ikinci pilləyə yüksələn Şəhriyar qalib gəlmək üçün bütün ümidlərini son tura saxlayıb. Son turda Məmmədyarovun rəqibi Vladimir Kramnik olacaq.