Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda ölənlərin sayı 32 nəfərə çatıb.
Shafaqadogru.com RİA "Novosti”yə istinadən xəbər verir ki, dağıntılar altında qalan doqquz nəfərin taleyi məlum deyil.
Xatırladaq ki, dekabrın 31-i gecə saatlarında Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.