Şəfəqə Doğru » Gündəm » Bakıda oğurluq maşında gəzən deputat oğlunu İnterpol sərhəddə saxlayıb - İDDİA

Bakıda oğurluq maşında gəzən deputat oğlunu İnterpol sərhəddə saxlayıb - İDDİA

Bakıda oğurluq maşında gəzən deputat oğlunu İnterpol sərhəddə saxlayıb - İDDİA
Ötən ilin sonunda deputatlardan birinin oğlunu beynəlxalq polis təşkilatı – İnterpolun saxlaması ilə bağlı olduqca sensasional məlumat yayılmışdı.

Bu barədə Xeber.de-nin hüquq mühafizə orqanlarındakı mənbədən aldığı məlumatda deyilir ki, deputat oğlu bahalı maşınında Azərbaycandan Gürcüstana gedərkən sərhəddə saxlanılıb. Saxlanılandan sonra deputat oğlu çaşqın vəziyyətdə yaxınlarına zəng edib. Hüquq mühafizə orqanlarının əməkdaşları ona deyiblər ki, narahat olmasın, onu bir oğurluq məsələsi ilə bağlı aparılan araşdırma çərçivəsində saxlayıblar. Deputat oğlu iki saat saxlanılandan sonra idarə etdiyi bahalı maşınla bağlı sorğu-sual olunub, maşını əlindən alınıb. Ona deyiblər ki, maşın oğurluqdur, 2015-ci ildə İspaniyadan oğurlanıb. Həmin maşını kimdən, nə vaxt alması ilə bağlı suallara cavab alınıb. Qaynağımız bildirib ki, deputat oğlunun əlindən alınan maşının 200 min manatdan artıq qiyməti var. Həmin maşını o 2016-cı ildə alıb və ötən müddət ərzində Bakıda sürüb. Bu müddətdə İnterpol axtarışında olan oğurluq maşını Azərbaycanın hüquq mühafizə orqanları niyə müəyyən edə bilməyiblər sualı da açıqdır.