AZTV-nin sədri vəzifəsindən azad olunan Arif Alışanovun qızı Aynur Alışanova öz biznes fəaliyyətində Azərbaycan Dövlət Televiziyasının binasından anbar kimi istifadə edirmiş
Bu barədə Demokrat.Az-a AzTV-dən məlumat verilib.
Məlumata görə, Aynur Alışanova "AF Mall" ticarət mərkəzində sahib olduğu oyuncaq mağazasının ehtiyyat mallarını AzTV-nin binasındakı otaqlarda saxlayırmış. Ancaq Arif Alışanov AzTV-nin sədri vəzifəsindən çıxarılan kimi televiziyanın həyətinə TIR göndərilib.
Aynur Alışanovanın göstərişi ilə AzTV-nin otaqlarında saxlanılan oyuncaqlar TIR-a yüklənərək başqa yerə aparılıb.