Şəfəqə Doğru » Gündəm » “Sədərək” ticarət mərkəzində yanğın söndürüldü - YENİLƏNİBü - YENİLƏNİB

“Sədərək” ticarət mərkəzində yanğın söndürüldü - YENİLƏNİBü - YENİLƏNİB

“Sədərək” ticarət mərkəzində  yanğın söndürüldü - YENİLƏNİBü - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 10:21 dəqiqədə söndürülüb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hadisə ilə bağlı ılavə məlumat veriləcək.

***

Saat 09:17

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.