Shafaqadogru.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin İtaliyanın "Corriere della Sera” qəzetinə müsahibəsində 2024-cü ildə prezidentlik müddəti başa çatdıqdan sonra hansı işlə məşğul olacağı barədə danışıb.
Rusiya liderinin sözlərinə görə, beş ildən sonrakı planlar barədə danışmaq hələlik tezdir.
V.Putin qeyd edib ki, onu vəzifəsində hələ çox iş gözləyir:
"Hələ beş il gərgin iş görülməlidir. Hazırda dünyada müşahidə etdiyimiz belə sürətli dinamikada proqnoz vermək çətindir”.
Qeyd edək ki, Rusiyada sonuncu prezident seçkiləri 2018-ci il martın 18-də keçirilib. V.Putin səslərin 76,69 faizini toplayaraq qalib gəlib. Bu, onun dördüncü prezidentlik müddətidir, dövlət başçısının səlahiyyətləri 2024-cü ildə başa çatır.