Şəfəqə Doğru » Gündəm » Bakıda kütləvi dava – 3 tələbə bıçaqlandı

Bakıda kütləvi dava – 3 tələbə bıçaqlandı

Bakıda kütləvi dava – 3 tələbə bıçaqlandı

Bakıda tələbələr arasında kütləvi dava düşüb – bıçaqlananlar var
Binəqədi rayonunda 9 tələbənin iştirakı ilə dava düşüb Shafaqadogru.com ONA-ya istinadən xəbərinə görə, hadisə Azadlıq metrosunun yaxınlıqdakı parkda baş verib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 9 nəfər ikinci kurs tələbəsi aralarında mübahisə edib. Mübahisə qanlı sonluqla bitib. Dava zamanı 1999-cu il təvəllüdlü Əliyev Zili Elman oğlu, 1999-cu il təvəllüdlü Vəlizadə Möhübbət Rüfət oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Abbas Mehdi oğlu bıçaqlanıb. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə Vüqar oğlu isə döyülərək müxtəlif bədən xəsarətləri alıb.

<iframe width="790" height="198" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_2" name="aswift_2" style="margin: 0px; padding: 0px; border-width: 0px; border-style: initial; left: 0px; position: absolute; top: 0px; width: 790px; height: 198px;"></iframe>

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşları tərəfindən 4 nəfər saxlanılıb.

Qeyd edək ki, M.Vəlizadənin vəziyyəti ağırlaşıb. O, özəl xəstəxanaların birinə yerləşdirilib.