Azərbaycanda yüksək vəzifə sahiblərinin, onların övladlarının dəbdəbəli ad günləri, yığıncaqlar keçirməsi adi hal aldığından cəmiyyətdə buna seyrçi yanaşırlar. Ancaq bu ənənəni təhsil ocağına rəhbərlik edən ziyalıların davam etdirməsi təəccüb doğurmaya bilməz.
Gununsesi.org Azərbaycanda özünün vəzifə təyinatının 5 illiyini ziyafət məclisi ilə qeyd edən məktəb direktou ilə bağlı maraqlı faktlar əldə edib.
Belə ki, Samux rayon İnstitut qəsəbə tam orta məktəb direktoru Abbasova Gulsabah Cəfər qızının bu vəzifəyə təyinatının 5 illiyi ilə bağlı təşkil olunan ziyafətin səs-küyü bütün Samuxa yayılıb.
Ancaq ziyafət heç də düşünüldüyü kimi direktorun öz şəxsi büdcəsi hesabına deyil, müəllim kollektivindən yığılan pullar hesabına təşkil olunub.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Gülsabah Abbasova 14.04.2019-cu il tarixdə sözügedən qəsəbənin tam orta məktəbinin direktoru vəzifəyə təyin edilməsinin 5 illiyi münasibəti ilə kollektivindən hər nəfər üçün 25 manat pul yığdırıb.
Yığılan pulla Gəncənin məşhur restoranlarının biri olan "Şah” sarayında xanım direktor üçün ziyafət təşkil olunub.
Şöhrətpərəst direktorun bu məclisi ilə bağlı Samux Rayon Təhsil Şöbəsindən münasibət öyrənməyə çalışsaq da buna nail ola bilmədik.
Həmin ziyafətdən görüntüləri təqdim edirik: