Şəfəqə Doğru » Gündəm » Xanoğlan Qasımov yol çək(dir)mir ,asfalt sat(dır)ır.

Xanoğlan Qasımov yol çək(dir)mir ,asfalt sat(dır)ır.

Xanoğlan Qasımov yol çək(dir)mir ,asfalt sat(dır)ır.

 

   Əcaba ,qanunda yeni tərzlərmi meydana gəlir? Biz hərdən çox qəribə təzadlarla üz-üzə qalırıq.Nöşün ki,ortada meydan sulayan hoqqalar öz fırıldaq məğzi ilə seçilir.Məsələn,Azərbaycan Aftomobil Yolları Dövlət Agentliyinin Ağstafadakı 27 saylı Yol İstismar idarəsi elə əndirəbadi  hoqqalar qayırır ki,bişmiş toyuğun yumurtlamağı gəlie.

     Necə olur ki,Azərbaycan Aftomobil Yolları Dövlət Agentliyinin Qazaxdakı 28 saylı Yol İstismar idarəsi aftomobil yollarının əsaslı təmirini çox yüksək səviyyədə həyata keçirir.,lakin Ağstafa 27 saylı Yol İstismar İdarəsinin rəhbərliyi sadəcə cibini pulla doldurmaq,dövlətin büddəcisinə ziyan vurmaqla məşğuldur?BU idarənin işi nədən ibarətdir;biz ərz edək,siz də qulaq asın:27 saylı Yol İstismar idarəsi şəxsi abyektlərə asfalt satır,onların sifarı.i əsasında müəyyən olunmuş  Asfalt döşənməsi işini həyata keçirir. Yaxudda müəyyən ərazilərdə asfaltın üzünün qaşınması işini görür.Məşğulluqda növbədə olmayan insanlar da rahat şəkildə ,təbii ki,bir ətək pul verməklə bu idarəyə işə düzələ bilərlər.Buna sübut üçün deyək ki,əvvəllər öz yükünü özü boşaldan "Kraz”maşının sürücüsü işləmiş Nofəl adlı şəxs həmin idarəyə sahə rəisi təyin edilib.Bu yandan da idarə rəisi baş mühəndisi təsir və təzyiqlə işdən çıxarıb ,sonra Rəhim adlı şəxsdən 5 min  manat rüşvət alıb,onu baş mühəndis vəzifəsinə təyin edib.Rəhimin yerinə də bir ətək rüşvət alıb baş mexanikin oğlunu oturdub.Üstəlik ,idarə rəisi Muğanlı kənd sakini Osmanov Arzu Hacı oğlundan 5 min manat rüşvət alıb,onu Muğanlı –Sadıxlı istiqamətində yol ustası edib.Samir adlı təhlükəsizlik üzrə bacarıqlı mühəndisi 11və ya 13 nəfərin iştirakı ilə cüzi səhlənkarlığa görə idarə rəisi X.Qasımov isdən çıxarıb,dərhal da müyyən məbləğdə rüşvət alaraq,onun yerinə əvvəllər maliyyədə işləmiş Həsən adlı şəxsin oğlunu təyin edib. İdarə rəisi  bir qucaq rüşvət aldıqdan sonra Həsən adlı şəxsin ikinci oğlunu Bakı –Qazax –Ələt aftomobil yoluna əvvəlcə yol ustası,sonrada sahə rəisi təyin edib.

   Biz qəzetimizin əvvəlki nömrələrində Azərbaycan Aftomobil Yolları Dövlət Agentliyinin Ağstafadakı 27 saylı Yol İstismar İdarəsinin rəisi Xanoğlan Qasımovun qanunsuz əməlləri ,dövlətə və dövlətçiliyə zidd münasibəti barədə dəfələrlə tənqidi yazılar dərc etmişdik.Bu gün də "myortvı duşlar”onun üçün keçərlidir.Qısası ,fəhlə və gözətçi işə qəbul olmaq üçün ,1000-2000 manatdan keçməlidir.

  Bu tərəfdən də Xanoğlan Qasımov 18-19 aprel 2018 –ci il tarixində Ağstafa yayonunun Poylu qəsəbəsindəki yanacaqdoldurma məntəqəsinə hər tonu 70 manatdan 200 ton asfalt satıb .İndi bir mühasib lazımdır ki,onun bu qanunsuz əməlinin yekun məbləğini araşdırsın.

   Xanoğlan Qasımovun 65 yaşı var ,lakin hələ də dövlət vəzifəsində çalışır.Onun fəaliyyəti digər 65 yaşı tamam olan kimi işdən çıxarılanların hüququnu pozmaq anlamına gəlir.Düşünürük ki,bu barədə düşünəm tapılacaq.

  Xülasə Azərbaycan Aftomobil Yolları Dövlət Agentliyinin Ağstafadakı 27 saylı Yol İstismar İdarəsinin rəisi Xanoğlan Qasımovun dövlətə zidd əməlləri  artıq dərin ikrah hissi yaratmaqdadır.Biz o qənaətdə deyilik ki,yenicə qələbə qazanmış ölkə prezidenti İlham Əliyev Xanoğlan Qasımovun bu çirkin hərəkətlərini Azərbaycan Aftomobil Yolları Dövlət Agentliyinə bağlşlayacaq...

 Araşdırmamız davam edir.

                                                                                 "  Həqiqətin Güzgüsü.”