Şəfəqə Doğru » Gündəm » Qadın süpürgəçilərimiz sübh tezdən qızılgül və hədiyyələrlə qarşılandı... İbrətamiz-FOTOLAR

Qadın süpürgəçilərimiz sübh tezdən qızılgül və hədiyyələrlə qarşılandı... İbrətamiz-FOTOLAR

Qadın süpürgəçilərimiz sübh tezdən qızılgül və hədiyyələrlə qarşılandı... İbrətamiz-FOTOLAR
Bu gün –martın 6-da "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi səhər saat 6:00-dan başlayaraq Bakının müxtəlif məkanlarında qarşıdan gələn 8 Mart  Beynəlxalq Qadınlar Günü münasibətilə "Biz sizi unutmadıq - 7” adlı ibrətamiz aksiya keçirib.
Birlik sədri Sevinc Əzimbəliyinin Moderator.az əməkdaşına verdiyi məlumatda deyilir ki, aksiya çərçivəsində "Yeni Üfüq” İB-nin üzvləri paytaxtın ayrı-ayrı prospekt, yol və küçələrində təmizlik işlərini həyata keçirən zəhmətsevər Azərbaycan xanımlarını salamlayaraq təbrik ediblər. Aksiyanın əsas məqsədi 8 Mart  Beynəlxalq Qadınlar günü münasibətilə daha çox zəhmətə qatlaşan, paytaxtımızın yol, küçə və həyətlərinin təmizlənməsi üçün  fədakarlıq göstərən anaları sevindirmək olub.

Sevinc Əzimbəyli bildirib ki, artıq 7 ildir 8 Mart bayramı öncəsi paytaxtda "Biz sizi unutmadıq” adlı aksiya həyata keçirilir: 
"Hər il bu aksiyanı həyata keçirməklə üzərimizdə daha çox haqqı olan mübariz xanımlarımıza cəmiyyətin biganə qalmadığını nümayiş etdiririk. Digər tərəfdən, zəngin insanlarımıza bir mesaj veririrk ki, şəhərin təmizlənməsində rolu olan analarımıza öz qayğılarını əsirgəməsinlər. Çox qürurverici haldır ki, bu il "Biz sizi unutmadıq –7” adlı aksiyamıza dəstək olaraq onlarla xeyirsevər fədakar gəncimiz Bakıda fərdi şəkildə bu aksiyaya qoşularaq öz həmrəyliklərini nümayiş etdiriblər...”

Qeyd edək ki, aksiya zamanı Bakının müxtəlif küçələrində kommunal xidmət işçilərinə bayram hədiyyələri və qızılgüllər təqdim edilib.
P.S. Bu cür aksiyalara milyardları olan oliqarx-məmurlar, icra başçıları, böyük holdinq və şirkətlər böyük dəstək verməlidir...

Sultan Laçın