Şəfəqə Doğru » Gündəm » Son seçki Ərdoğanı hərəkətə gətirdi - O, rəhbərlik etdiyi partiyanın bütün təşkilatlarına tapşırıq verdi

Son seçki Ərdoğanı hərəkətə gətirdi - O, rəhbərlik etdiyi partiyanın bütün təşkilatlarına tapşırıq verdi

Son seçki Ərdoğanı hərəkətə gətirdi - O, rəhbərlik etdiyi partiyanın bütün təşkilatlarına tapşırıq verdi
Prezident Ərdoğan rəhbərlik etdiyi partiyanın (AKP) bütün şəhər, rayon və qəsəbə təşkilatlarına tapşırıq verib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə AKP-nin sözçüsü Ömər Çelik açıqlama verib.

O bildirib ki, prezidentin tapşırığı ilə bələdiyyə seçkilərindən sonra yerlərdəki vəziyyət dərindən təhlil ediləcək: "Prezidentin tapşırığı ilə araşdırma başlanıb. Təşkilatlarımız yerlərdə vətəndaşlarımızın nədən məmnun olmadığını, hansı məsələlərdən narahat olduqlarını, gözləntilərini öyrənəcək. Eyni zamanda, xalqın milli ruhuna bağlı siyasi fəaliyyətimizi necə aparmalıyıq və sair kimi məqamlar araşdırılacaq və gərəkli addımlar atılacaq".