Cəlilabad rayonu Şatırlı kəndində un kisəsindən heyvan sümüyü çıxdığına dair məlumat yayılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan foto və video ilə bağlı aidiyyəti şöbələrdə araşdırma başladılıb. Araşdırma başa çatdıqdan sonra yekun nəticələrlə bağlı mediaya məlumat veriləcək.