Şəfəqə Doğru » Gündəm » 3 azərbaycanlı fəal azadlığa buraxıldı - FOTO

3 azərbaycanlı fəal azadlığa buraxıldı - FOTO

3 azərbaycanlı fəal azadlığa buraxıldı - FOTO
Sulduz 2 nömrəli Cəza Məhkəməsinin 103-cü şöbəsi azərbaycanlı fəallar Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Sattari barəsində bəraət hökmü çıxarıb.

Axar.az xəbər verir ki, fəallar "qanunsuz yığıncağa qatılmaq, başqalarını yığıncağa dəvət etmək və şərfdən simvol kimi istifadə etməklə sistemin əleyhinə təbliğat aparma” ittihamı ilə aprelin 7-də mühakimə olunub.

Qeyd edək ki, adı çəkilən fəallar 2018-ci il mayın 25-də daha bir neçə fəalla birlikdə Sulduzda saxlanılıb. Dosye təşkil olunduqdan 2 ay sonra məhkəmənin prokurorluqdakı nümayəndəsi tərəfindən bağlansa da, Sulduz prokuroru təhlükəsizlik qüvvələrinin təzyiqi ilə dosyeni yenidən bərpa edərək fəalların təqib edilməsi haqda qərar qəbul etmişdi.