Şəfəqə Doğru » Gündəm » Ana,oğlunu hərbi xidmətdən yayındırmış məmurdan Ali Baş Komandana şikayət etdi

Ana,oğlunu hərbi xidmətdən yayındırmış məmurdan Ali Baş Komandana şikayət etdi

Ana,oğlunu hərbi xidmətdən yayındırmış məmurdan Ali Baş Komandana şikayət etdi
Prezident, Ali Baş Komandan İlham Əliyevə müracıət unvanlamış Xəzər rayon sakini Fərəcullayeva Afət Vəzir qızı ərizənin bir surətini də ictimaiyyətin diqqətinə çatdırmaq üçün Aktualinfo.org onlayn qəzetin elektron poçtuna göndərərək oğlunu hərbi xidmətdən yayındırmış məmurlardan şikayətçi olduğunu bildirir. Onun yazdığına görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon şöbəsinin əməkdaşları ilə qaynı Rais əlbir olaraq oğlunu psixi xəstə adı ilə hərbi xidmətdən yayındırmışlar.Afət Fərəcullayevanın redaksiyamıza ünvanladığı müeracıəti ilduğu kimi oxucuların diqqətinə çatdırırıq.

Mən, Afət Fərəcullayeva 1996-cı ildən İsgəndərov Rasim Xanəkbər oğluilə ailə həyatı qurmuş və iki övladımız olmuşdur. 5-6 ildən sonra Rasim xəstəlikdən vəfat etmişdir. Rasimin vaxtilə işlədiyi Zeytun Sovxozu tərəfindən ona ev tikintisi üçün verilmiş torpaq sahəsində iki otaqlı ev tikib ailəmizlə yaşamışıa. Çox təəssüflər olsun ki, Rasim rəhmətə gedəndən sonra onun bacısı Vəzixanım İsgəndərova və qardaşı Rais İsgəndərov bizim yetim qalmış uşaqlarla birlikdə əvvəlcə yaşadığımız evdən qovmaq üçün müxtəlif təzyiqlər göstərmişlər. Ki, başsız qalmış ailəni yaşadıqları evdən və torpaq sahəsindən didərgin salsınlar. Lakin bu plan baş tutmadıqda onlar məni iki uşaqdan zorla məhrum edərək onları yaxınlıqda yaşayan Vəzixanımın evində anadan ayırararq zorla girov saxlamışlar. Ki, ana tək qalsın və bezib evi tərk etsin. Ailə bşçısını itirdiyinə görə dövlətin onlara ayırdığı və mənim adına verilmiş təqüd kartını 10 ildir ki, ələ keçirib pullarını baldızım Vəzixanım tərəfindən mənimsənilmişdir. Evin sənədlərini ələ keçirib vermirlər ki, Afət hər hansı formada bu mülkdən istifadə edə bilməsin.

Atamgıl tərəfindən və eləcə də qardaşlarım köməkləşib mənə bir sıra yardımlar etmişlər ki, təki evimdə babat yaşaya bilim. Atam Vəzir kişi neçə dəfə mənə dolanmaq üçün yanı balalı sağılan mal vermişdir ki, yaşaya bilim. Lakin baldız və qayın mənim evdə olmadığından istifadə edərək heç bir razılıq olmadan mal-qaranı özbaşına 2500 manata satıb pulun yarsını mənimsəmişlər. Qalan verdikləri pulu da yenidən qaynı Rais gəlib 2018-ci ilin ortalarında Afətdən borc adıilə alıb getmişdir. 11 aydır ki, qaytarmır. Pulu gəlib bu məqsədlə məcbur alıb ki, guya oğlum Yalçını hərbi xidmətdən qurtaracaqmış. Əvvəl buna inanmırdım. Amma indi görürəm ki, boyu 180 sm olan və tam sağlam olan oğlum Yalçın İskəndərov Xəzər rayon Hərbi Səfərbərlik İdarəsindən hərbi xidmətə çağrılsa da, əmisi onu məndən malımı satıb əldə etdiyi pulun üstünü bitirməklə psixi xəstə adı altında saxtakarlıqla hərbi xidmətdən yayındırıblar. Bir ana kimi bilirəm ki, bu saxtakarlıqdır və istəyirəm ki, oğlum da gedib kasıb balaları kimi öz vətəndaşlıq borcunu yerinə yetirsin. Heç bir normal ana istəməz ki, boylu-buxunlu sağlam oğluna dəli damğası vurulsun. Xatırladım ki, Yalçın hazırda "Azbadam” MMC-də adi bir işçi kimi çalışır və 400 AZN maaş alır.

Odur ki, cənab Ali Baş komandan İlham Əliyevdən xahiş edirəm ki, Yalçının hərbi xidmətə göndərilməsinə qəsdən maneçilk törətmiş Hərbi Həkim komissiyasının, Xəzər rayon Hərbi Səfərbərlik İdarəsinin məsul şəxslərinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün ciddi araşdırma aparılmasına göstəriş verəsiniz.

Aktualinfo.org onlayn qəzet redaksiyası müracıətin ciddiliyini nəzərə alaraq araşdırmalarını davam etdirəcək,yaxın günlərdə oxuculara daha ətraflı məlumat verəcək.
Teref.az olaraq maraqlı tərəfləri dinləməyə hazırıq!