Şəfəqə Doğru » Manşet » Azərbaycanda bələdiyyələr niyə sıradan çıxarılır?.. - AKTUAL

Azərbaycanda bələdiyyələr niyə sıradan çıxarılır?.. - AKTUAL

Azərbaycanda bələdiyyələr niyə sıradan çıxarılır?.. - AKTUAL

“1995-ci il Konstitutsiya sistemində öz əksini tapan və 1999-cu il dekabrın 12-də ilk dəfə seçkiləri keçirilən Azərbaycan Bələdiyyə sistemi formalaşan bir qurum kimi fəaliyyətdədir. Qanunverilicik baxımından, normativ-hüquqi aktlar nöqteyi nəzərindən müəyyən fəaliyyəti üçün qismən də olsa şərait yaradılıb. Bələdiyyələrin fəaliyyətinin tam və yüksək səviyyədə həyata keçirilməsi üçün fəlsəfəsində göstərilmiş məqamlar - əks mərkəzləşməyə doğru bir addım, yerli əhəmiyyətli məsələlərin müstəqil və sərbəst şəkildə həll edilməsi prinsipinin həyata keçirilməsi bu gün Azərbaycan Bələdiyyə sistemi tərəfindən lazımi səviyyədə həyata keçirilə bilinmir. Çünki Azərbaycan bələdiyyəsı hazırda müəyyən çətinlik və problemlərlə üz-üzə qalıb”.
 Shafaqadogru.com DİA.AZ-a isdinadən  bildirir ki, bu barədə bizimyol.info xəbər portalına "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli danışıb. Onun sözlərinə görə, bir vaxtlar bələdiyyələrə verilmiş səlahiyyətlərin müəyyən bir dövrdən sonra onların əlindən alınması prossesi həyata keçirilib. Bu istər-istəməz bələdiyyələrin fəaliyyətində çətinliklər yaradıb. Belə ki, 2004-cü ildə avtomobillərdən gələn əmlak vergisinin istiqaməti dövlət büdcəsinə dəyişdirilib. Reklamlarla bağlı ümumiyyətlə məhdudiyyətlər qoyulub. V. Tofiqli qeyd edir ki, eyni zamanda avtomobil dayanacaqları ilə bağlı çox ciddi şəkildə problemlər var. Faktiki olaraq həmin ərazilərdən yüksək miqdarda vəsait əldə edilsə də, bələdiyyələrin büdcəsinə çox cüzi miqdarda verilir.

“Keçən il mədən vergisi də bələdiyyələrdən alınaraq, dövlət büdcəsinə yönləndirildi. Hər bir səlahiyyətin alınması Azərbaycan bələdiyyəsinin büdcəsinə kifayət qədər ziyan vurmuş oldu. Yəni milyonlarla manat bələdiyyənin büdcəsindən alındı. Təəssüf olsun ki, bələdiyyələrdən alınan səlahiyyətlərin qarşılığında onların fəaliyyətinin davam etdirilməsi və yaxşılaşdırılması üçün hər-hansı bir şərait yaradılmadı”,- deyə QHT sədri əlavə edib. Onun sözlərinə görə, bu problemlərin həlli vaxt tələb edir. Problemlərin həll edilməsi, tək Azərbaycan bələdiyyəsinin probleminin həll edilməsi demək deyil, eyni zamanda İcra hakimiyyətləri sturukturlarının üzərinə düşən vəzifənin bir qismini bələdiyyələrə verməklə, işi yüngülləşdirməklə mümkündür. Ekspert deyir ki, bu gün yerli icra hakimiyyətlərində olan səlahiyyətlərin müəyyən bir qismini bələdiyyələrə verməklə, o cümlədən həmin səlahiyyətin tələb etdiyi maliyyəni də müəyyən bir dövr ərzində bələdiyyəyə verməklə istənilən halda işin keyfiyyətini və operativliyini artırmaq mümkündür.

Belə olarsa, sakinlərin narazılıqları da aradan qaldırılmış olar. Birlik rəhbəri qeyd edir ki, bu prosseslərin həyata keçirilməsində beynəlxalq təcrübədən yararlanmaq olar. "Bu gün dünyada iki model var: Klassik Fransız modeli-anqlosakson modeli mövcuddur. Onların fərqliliyi idarəetməsindədir. Dünyada formalaşmış modellərin əsas məqsədi idarəetmənin bilavasitə əhali, sakinlər və seçicilər tərəfindən həyata keçirilməsidir. Bu təcrübədən biz lazımi səviyyədə yararlanmalıyıq. Sakinlərin də üzərinə müəyyən məsuliyyətlər qoyulmalıdır ki, onlar seçici olaraq öz məsuliyyətlərini dərk edə bilsin, müəyyən problemlərin yaranmasına şərait yaratmasınlar”.