Müsavatçı Laləzar Məmmədlinin oğulları dənizdə itkin düşüb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə "Müsavat”çı Mustafa Hacıbəyli sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, dənizdə çıxılmaz vəziyyətə düşən gənclər iki qardaş olublar: "Bağdan dənizə gediblər, hər ikisi boğulub. Bir qardaşı çıxarıblar, indi xəstəxanadadır. Böyük qardaş İlhamı isə tapmaq mümkün olmayıb. Dalğıclara müraciət edilib. Amma hava küləkli olduğu üçun hələ axtarışa başlamayıblar”.
Qeyd edək ki, mayda 32 yaşı tamam olmuş İlham evlidir, 2 uşağı var.