Şəfəqə Doğru » Gündəm » AĞSTAFA MƏRKƏZİ XƏSTƏXANASINDA KORRUPSİYA YARASI

AĞSTAFA MƏRKƏZİ XƏSTƏXANASINDA KORRUPSİYA YARASI

AĞSTAFA MƏRKƏZİ XƏSTƏXANASINDA KORRUPSİYA YARASI

 İki ildən artıqdır ki,  Ağstafa Rayon Səhiyyə Şöbəsinə müdir təyin olunan İlham Mustafyevin bəd əməllərindən nəinki rayon əhalisi, eyni zamanda səhiyyədə çalışanların özləri də narazılıq edirlər. Onların dediklərinə görə, İlham Mustafayevin gözü hər şeydən doysa da puldan doymur. Bunu da təsdiqləyəcək əsaslar daha çoxdur. Belə ki, o, səhiyyəyə müdir təyin olunan gündən 1 il içərisində Qazax rayonunun Ağköynək kəndi ərazisində elə bir villa tikdirdi ki, kənd sakinlərinin  neçə illərdi alın təri ilə qazandılarını kölgədə qoydu.  Mustafayev tikdirdiyi möhtəşəm villasında nə az, nə çox, düz 5-6 kondinsioner də quraşdırıb. Hər kondinsioner də nə qədər ısrafçılığa yol verilməsə ayda azı 35 manat enerji yandırır.

 Mustafayevin  Ağstafa səhiyyəsinə müdirliyi xəstələrin hər addımını rüşvətə çevirib. Əgər əvvəlki müdirin vaxtında adicə qan analizinə 3-5 manat alınırdısa, hazırda bu rəqəm 10 manata qalxıb. Müayinə, cərrahiyyə əməliyyatlarının da öz tutarlı qiymətləri var. Hər bir şöbə müdirinə çəkisindən artıq haqq qoyulub. Şəhər və uşaq poliklinikasında şıdırğı alver gedir. Doğum evinə də hamilə qadınların gediş-gəlişi Mustafayevin ciddi nəzarətindədir. O, ən çox özünün aldadılmasından ehtiyatlanır ki, aylıq qoyulan haqqa xəyanət ola bilər.

  Aldığımız məlumata görə, mərkəzi xəstəxananın cərrahiyyə şöbəsində tamam başqa oyunlar gedir. Şöbə müdiri Ziyafət Cəlilovanın özünün əməliyyata ehtiyacı olduğu halda, Mustafyev ona da imkan vermir. Ondan  da hər ay 1000 manatı stolunun üstünə qoymasını tələb edir. Şöbə müdiri tabeçiliyindəki cərrahlardan pulu yığa bilmədikdə onların haqqında Mustafayevə yalan-doğru məlumatlar verərək tanınmış cərrahları gözdən salmağa çalışır.

 Bir nəfər xəstə sahibinin verdiyi məlumata görə, İlham Mustafayev çərrahlara göstəriş verib ki, mənim icazəm olmadan heç bir cərrahiyyə  əməliyyatı  aparmasın. İşə baxın ki,   ağır xəstənin təcili əməliyyat olunması üçün Mustafayevi axtarıblar ki, əməliiyat üçün icazə versin. Mustafayev də Bakıda olduğundan təcili əməliyyat dayandırılıb. Axırda xəstə sahibi xəstəxananı "top” atəşinə tutduqdan sonra xəstə əməliyyat edilib.

Vətəndaşın dediyinin  qaranlıq mıqamları var. Belə ki, İlham Mustafyevin xəstəyə canı yanmır, sadəcə cərrahları öz təsri altına salır ki, kişinin  haqq-hesabi yerində olsun.

 Qeyd etdiyimiz kimi, rayon əhalisinin dediyinə görə, Ağstafa səhiyyəsinə hlə belə rüşvətxor müdir gəlməyib. Bu yaxınlarda təcili yardıma sürücü kimi işə qəbul etdiyi 2 nəfərin hər birindən ən azı 7000 manat rüşvət aldığı da deyilir.

 Mustafayev xəstəxana üçün ayrılan dəftərxana vəsaitindən tutmuş dərman pereparatları vəsaitinə kimi öz mənafeyi naminə maxinasiyalar edir. Azmış kimi, hələ müdir kimi əyləşdiyi "kabinetini” də palataya çevirib. Xəstəxanada vətəndaşların "soyulması” bir yana, üstəlik özü də xəstənin qəpik quruşuna  göz dikir.

Ağstafa səhiyyəsində baş alıb gedən özbaşınalıqlar və qatı rüşvətxorluq haqqında səhiyyə nazirliyinin və yerli icra hakimiyyətinin də əla xəbəri var.Təəssüflər olsun ki, heç bir tədbir görülmür. Bu da ancaq İlham Mustfayevin Ağstafa RİH-nin başçısı Məhərrəm Quliyevlə və səhiyyə nazirliyində əyləşən yüksək çinli məmurla "alış-vereiş” əlaqəsinin olması kimi başa düşülür.

                                                                                          İlham Hacalı