Şəfəqə Doğru » Gündəm » Deputatın xaricdəki sərvətinin siyahısı genişlənir - Sənəd və fotolar yayıldı

Deputatın xaricdəki sərvətinin siyahısı genişlənir - Sənəd və fotolar yayıldı

Deputatın xaricdəki sərvətinin siyahısı genişlənir - Sənəd və fotolar yayıldı
Xəbər verdiyimiz kimi, oliqarx deputat Xanlar Fətiyevin ölkə xaricindəki biznes şəbəkəsinin siyahısı cəmiyyətdə böyük rezonans doğuruub.

Bəlli olub ki, deputatın Almaniyadan tutmuş, Avropanın bir çox ölkələrində böyük biznesi var.

Mia.az xəbər verir ki, bu günlərdə deputatın Moskvada daha bir şirkəti də aşkarlanıb.

Bu barədə jurnalist Cavanşir Həsənli Feysbuk-dakı səhifəsində yazıb.

Bildirib ki, Fətiyevin biznesinin digər qolu da Moskvadadır:

"Rusiya paytaxtında fəaliyyət göstərən "Kompas Ticarət Evi" Məhdud Məsuliyyətli Cəmiyyəti (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "ТОРГОВЫЙ ДОМ КОМПАС") 2017-ci il iyunun 13-də 15979805 saylı lisenziya ilə qeydiyyatdan keçib. Qeydiyyat ünvanı Moskva şəhəri, Komsomolskiy prospekt 41/57 göstərilir.

Nizamnamə kapitalı 10000 rubl olan şirkətin 70 faizi Rusiya vətəndaşı Vadim Qulamov Adil oğluna, 30 faizi isə Fətiyevin Belarusda avtomobillərin icarəsi ilə məşğul olan AZNUR MMC-sinə məxsusdur.
2017-ci il maliyyə sənədlərinə görə, yarım ili 7.8 milyon rubl gəlirlə başa vurub. Şirkət ticarət, o cümlədən avtomobil hissələrinin, mebellərin, geyim, məişət avadanlıqlarının və tikinti materiallarının topdan satışı sahəsində fəaliyyət göstərir. 

Dəqiqləşdirilməmiş məlumata görə, Moskvada sahəsi 7208 kv metrlik "Kompas" Ticarət Evi Fətiyevin hissədarı olduğu şirkətin mülkiyyətindədir. Ticarət mərkəzi hazırda Rusiyanın iri daşınmaz əmlak şirkətləri vasitəsilə satışa çıxarılıb".