Binəqədi rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb.
APA xəbər verir ki, hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib.
Belə ki, Vüqar Dərziyevə məxsus fərdi yaşayış evindən naməlum şəxslər 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Ekspertlər əl izlərini müəyyən edib. Araşdırma aparılır.
Ev sahibi V.Dərziyevin APA-ya verdiyi məlumata görə, iki il öncə evindən oğurluq edilib. Bundan əlavə ətrafda yerləşən yaşayış evlərindəndə oğurluq edilib.
Qeyd edək ki, V.Dərziyev jurnalist Elnarə Dərziyevanın qardaşıdır
Jurnalistin qardaşının evi ikinci dəfə qarət edilib - VİDEO
20-08-2019, 11:26 570