İngiltərədə həkimlər öskürək şikayəti ilə xəstəxanaya müraciət edən şəxsin ciyərindən oyuncaq yol nişanı çıxarıblar.
Shafaqadogru.com xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər illərdir siqaret çəkən xəstənin əvvəlcə xərçəng xəstəsi olmasından şübhələniblər, lakin onun ciyərində şiş olmadığı və illərdir orada balaca oyuncaq qaldığı məlum olub. Məlumatda 40 ildir ciyərində oyuncaqla yaşayan 47 yaşlı şəxsin indiyə qədər heç bir probleminin olmadığı, lakin son 2 ildə öskürəkdən əziyyət çəkdiyi bildirilir.
Həkimlər bu tip hadisələrlə tez-tez qarşılaşdıqlarını, lakin bu qədər uzun müddət onunla yaşamağın qeyri-adi bir vəziyyət olduğunu söyləyiblər.
Əməliyyatdan uğurla çıxan xəstənin öskürəyinin azaldığı və ciyərlərinin artıq sağaldığı qeyd edilir.