Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş baş nazir Əhməd Davudoğlunun hökuməti hədəfə alan tənqidlərinə münasibət bildirib.
Shafaqadogru.com -un "euronews”ə istinadən məlumatına görə, o bildirib ki, bəzi dairələrin təhdidləri qəbuledilməzdir. "Bildiklərini desinlər. Sözlə təhdid olmaz” - deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, Davudoğlunun son açıqlaması geniş müzakirələrə yol açıb. O deyib: "Terrorizmə qarşı mübarizə məsələlərində keçmiş səhifələr açılarsa bir çox insan cəmiyyət içinə çıxa bilməz”.
Ərdoğandan Davudoğluna ÇAĞIRIŞ: "Bildiyini danış"
30-08-2019, 17:04 672