Şəfəqə Doğru » Manşet » Türkiyədəki erməni qəzetləri - Bəs bizim niyə yoxdur…

Türkiyədəki erməni qəzetləri - Bəs bizim niyə yoxdur…

Türkiyədəki erməni qəzetləri - Bəs bizim niyə yoxdur…
Erməni diasporu dünyanın müxtəlif ölkələrində, eləcə də bizə bütün prosesləri ilə maraqlı olan qardaş Türkiyədə fəaliyyətdədir. Əslində bu yazını yazmaqda məqsəd ermənilərin fəaliyyətini işıqlandırmaq deyil. Biz erməni diasporunun hansı səpkidə iş apardığını bilməliyik.

Dünyada müxtəlif media orqanlarına təsiri olan və tanınmız televizya və radiolarda hissələri olan erməni diasporu Türkiyədə də yetərincə mətbuat orqanlarını maliyyələşdirir. Modern.az olaraq bu media qurumlarından bir neçəsi ilə bağlı araşdırma apardıq.
"Sogagat" jurnalı, "Jamanak" , "Nor Marmara" gündəlik qəzet, "Agos" həftəlik qəzet, "Surp Pirgic" xəstəxana jurnalı, "Jibid" uşaq jurnalı, "Paros" aylıq jurnal, "Lyus Aktüel" əyləncə qəzeti…

Adı çəkilən mətbu orqanlardan uzun illərdir nəşr olunanı "Jamanak"dır. "Jamanak" İstanbulda gündəlik nəşr olunan bir erməni qəzetidir. 28 oktyabr 1908-ci ildə Sarkis və Misak Koçunyan qardaşları tərəfindən təsis edilib. Hər gün nəşr olunan qəzet, İstanbulun müxtəlif yerlərində köşklərə paylanır. Qəzetdə Türkiyədəki ermənilərdən, ictimai xəbərlər, xaricdəki erməni qəzetlərinin xəbərləri və Türkiyədə gündəlik siyasi proses işıqlandırlır. Eyni zamanda qəzetin internet sitəsində Türkiyədə yaşan ermənilərin toy və yas xəbərlərinin elanı yer alır. 

1996-ci ilin 5 aprelindən yayına girən "Agos" qəzetinin də ermənilərin siyası və ictimai məsələlərlə baglı təbliğində önəmli yer tutduğunu bilirik. Öldürülən jurnalist Hırant Dinkin də qurucu kadrosunda olduğu qəzet bu gün ermənilərin Türkiyədəki səsidir. Türkiyədəki ictmai siyasi hadisələrlə yanaşı, bu ölkədə yaşayan vətəndaşların sosial problemlərini, yaşamları ilə bağlı reportajlar hazırlayır, eyni zamanda, ermənilər barədəki xəbərləri çatdırır. 

Gündəlik qəzetlərdən biri və yenə uzun keçmişi olanı "Nor Marmara"dır. 1940-cı il 31 avqustdan nəşr olunur. Suren Şamlıyanın qurduğu qəzet siyasi və ədəbi xarakter daşıyır. Hər gün nəşr olunan dörd səhifədən ibarət qəzet İstanbuldakı fərqli yerlərin köşklərinə paylanır, eyni zamanda, xarici abunəçilərinə çatdırılır. 

Digər qəzet və jurnallar da bir gün ara vermədən fəaliyyətlərini davam etdirir. Bəs bu kimi KİV-lərə sahib olan ermənilərə biz qardaş Türkiyədə hansı vasitələrlə cavab veririk? Bizim önümüzü kəsən varmı? Təbii türk mətbuatı hər zaman bizim sözümüzü deyir və qapılarını üzümüzə açır. Amma biz Türkiyədə və ya vətəndaşlarımızın çoxluq təşkil etdiyi başqa ölkələrdə niyə öz media orqanlarımızı qura bilmirik? Bizi diasporumuz və ya bu ölkələrdə iş quran iş adamlarımızın fəaliyyəti tam olaraq nədən ibarətdir? Sadəcə tarixi günlədə və ya işğal tarixlərində öz səfirliklərimizdə özümüz üçün protokol xatirinə tədbir keçirməkmi?...

Davamı var...